Ermənistan parlamenti Paşinyanın hökumət proqramını təsdiqlədi

Ermənistan parlamenti Paşinyanın hökumət proqramını təsdiqlədi
  14 Fevral 2019    Oxunub:1493
Bu gün keçirilən iclasda Ermənistan parlamenti növbəti 5 il üzrə ölkənin daxili və xarici siyasi kursunun müəyyənləşdirildiyi hökumət proqramını təsdiqləyib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın təqdim etdiyi hökumət proqramının lehinə 82, əleyhinə isə 37 deputat səs verib.

Paşinyanın hökumət proqramına qarşı çıxan deputatlar “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyalarının təmsilçiləri olub.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti