Nifer çayında gəmi aşıb - 45 ölü

 Nifer çayında gəmi aşıb -    45 ölü
  14 Fevral 2019    Oxunub:1566
Qərbi Afrikadakı Niger çayında yük-sərnişin gəmisinin aşması nəticəsində azı 45 nəfər ölüb, bir neçə insan itkin düşüb.
Azvision.az xəbər verir ki, bu barədə yerli “Daabaaru” qəzeti məlumat yayıb. Qeyd olunub ki, ötən gün baş verən insidentə səbəb Benin Respublikasından yola çıxan ticarətçilərin gəmini normadan artıq yükləməsi və güclü külək olub.

Gəminin aşması nəticəsində 45 nəfər ölüb, 65 sərnişinin isə həyatını xilas etmək olub. Hazırda itkin düşənlərin axtarışı davam edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Niger   Benin  





Xəbər lenti