ATƏT PA-da Ermənistanla bağlı müzakirə aparılacaq

  13 Fevral 2019    Oxunub : 1136
 ATƏT PA-da Ermənistanla bağlı müzakirə aparılacaq
ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası 21-22 fevral tarixlərində Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Azvision.az xəbər verir ki, ATƏT PA-nın komitə iclaslarında bir sıra məsələlər, o cümlədən, ötən il ABŞ, Gürcüstan, Bosniya və Herseqovina, Ermənistanda keçirilmiş seçkilərdəki müşahidə missiyalarının hesabatı təqdim ediləcək, bununla bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, sessiyaya ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisi qatılacaq. Ökəmizi Milli Məclisin üzvlərindən ibarət nümayəndə heyəti təmsil edəcək.

Azvision.az

Teqlər: ATƏT-PA