İranda terror aktı törədilib - 41 ölü (Yenilənib)

İranda terror aktı törədilib  - 41 ölü (Yenilənib)
  14 Fevral 2019    Oxunub:9682
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində terror aktı törədilib.

Azvision.az "Mehrnews" agentliyinə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçilər Korpusunun nümayəndələrini daşıyan avtobus terrorçuların hücumuna məruz qalıb.
Son məlumatlara əsasən, terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Bundan əvvəl isə 20 nəfərin həlak olduğu, daha 20 nəfərin isə yaralandığı bildirilirdi.

Partlayışa görə məsuliyyəti "Ceyşül-zülm" qruplaşması öz üzәrinә götürüb.

Azvision.az



Teqlər: İran   Terror  





Xəbər lenti