Bakı zooparkı təmirə bağlandı - VİDEO

  01 Fevral 2019    Oxunub : 4962
 Bakı zooparkı təmirə bağlandı - VİDEO
Bakı zooparkı bir neçə aylıq fəaliyyətini dayandırıb. Orada saxlanılan heyvanlar Qaradağ rayonuna köçürülür. Zooparkın bağlanması təmir, yenidənqurma işləri ilə əlaqədardır.
Azvision.az-ın məlumatına görə, hazırda zooparkın ərazisinin genişləndirilməsi ilə bağlı işlər görülür, heyvanların köçürülməsi həyata keçirilir.

İlk olaraq ayı, at, dəvə və şirlərin köçürülməsi nəzərdə tutulub. Bu heyvanlar artıq Qaradağ rayonunda yaradılmış müvəqqəti sığınacağa yerləşdiriliblər.

Zoopark işçiləri köçürülmə zamanı heyvanların stress yaşamamasına çalışırlar. Çünki bu heyvanlar yatılı vəziyyətdə, iynə vurulmaqla deyil, ayıq halda köçürülür.

Köçürülmə işləri təxminən 15-20 gün ərzində yekunlaşacaq. Nəticədə zooparkın ərazisi genişləndirilərək, heyvanların saxlanma şəraiti yaxşılaşdırılacaq. Yenidənqurmadan sonra zooparkın ərazisi 4.25 hektar olacaq.



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Zoopark