Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Zap, Metina, Avaşin və Haftanin bölgələrində yerləşən terrorçu düşərgələrinə zərbələr endirib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, aviazərbələr nəticəsində 21 terrorçu zərərsizləşdirilib, onlara məxsus düşərgə və sığınacaqlar məhv edilib.