Bakı metrosunda sükut anı - FOTO+VİDEO

  20 Yanvar 2019    Oxunub : 5405
 Bakı metrosunda sükut anı - FOTO+VİDEO
Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
Azvision.az xəbər verir ki, bütün stansiyalarda maarifləndirici lövhələr qoyulub, matəm musiqiləri səsləndirilir.

Saat 12:00-da stansiyalarda qatarlar dayandırılıb, 1 dəqiqə fasiləsiz fit verilib.



Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivi və sərnişinlər "20 Yanvar" stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, bu gün 20 Yanvar faciəsinin 29-cu ildönümüdür.







Bəxtiyar Məmmədov
Azvision.az

Teqlər: Metro   20-Yanvar