“Havanın temperaturu 10-15 dərəcə enib” - Umayra Tağıyeva

   “Havanın temperaturu 10-15 dərəcə enib” -    Umayra Tağıyeva
  18 Yanvar 2019    Oxunub:3531
"Havanın temperaturu ötən günlərlə müqayisədə 10-15 dərəcə enib. Yanvarın 16-da ölkə ərazisində mülayim və anomal hava şəraiti qeydə alınıb. Ona görə də havanın kəskin dəyişməsi bəzi insanlar üçün gözlənilməz idi".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Nazirlik rəsmisi bildirib ki, bütün hidrometeoroloji stansiyalardan hava şəraiti ilə bağlı alınan məlumatlar təhlil olunur. Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında ən kəskin külək axşam saatlarında qeydə alınıb.

"Küləyin sürəti saniyədə 40 metrə çatıb, bəzi yerlərdə isə daha şiddətli olub. Xəzər dənizi akvatoriyasında dalğanın hündürlüyü 6-9 metr arasında tərəddüd edib. Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Xəzər dənizi akvatoriyasında ifrat təhlükəli hidrometeoroloji hadisə müşayiət olunub. Xəzər dənizində yüksək dalğa yanvarın 18-də gün ərzində davam edəcək. Dəniz akvatoriyasında xəbərdarlıq öz qüvvəsində qalacaq", - deyə Umayra Tağıyeva qeyd edib.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti