Həmsədrlər Qarabağı müzakirə ediblər

Həmsədrlər Qarabağı müzakirə ediblər
  06 Fevral 2013    Oxunub:2722

ATƏT-in sədri Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsini müzakirə edib
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflərin irəliləyişlərini ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Jak For (Fransa), və Yan Kelli (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik ilə görüşü zamanı müzakirə edib.

Danışıqların gedişatında ötən həftə Parisdə keçirilən Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə Minsk qrupunun həmsədrlərinin görüşü də müzakirə edilib. Qeyd edək ki, həmin görüşdə onlar ötən ilin sonunda tərəflərə təqdim edilmiş sülh prosesinin irəliləyişi üzrə təklifi və etibarın möhkəmləndirilməsi üzrə mümkün səylər barəsində fikirləri müzakirə ediblər.

Nazir Kojara ATƏT-in Minsk qrupunun həmsədrlərinin atəşkəs rejiminin möhkəmlədirilməsi və tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanması üzrə danışıqlarda köməkliyinə yönəldilmiş səylərini tam dəstəklədiyi ifadə edib.


Teqlər:





Xəbər lenti