İki hakim vəzifəsindən azad edildi

 İki hakim vəzifəsindən azad edildi
  28 Dekabr 2018    Oxunub:2957
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında məsələ müzakirəyə çıxarılıb.

Belə ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar onların Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə baxılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Hakim  





Xəbər lenti