MİDA-nın “güzəştli mənzil”ləri - FOTOLAR
Kompleksdə mənzillərin ümumi sayı 1843 ədəddir. Burada 324 birotaqlı, 1052 ikiotaqlı, 467 üçotaqlı mənzil var. Birotaqlı mənzillərin sahəsi 34, ikiotaqlı mənzillərin sahəsi 58, üçotaqlı mənzillərin sahəsi isə 71 kvadratmetrə yaxındır. Mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir. Kompleksin baş planı üzrə 5 binada bu ilin sentyabrında “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 324 mənzil satışa çıxarılıb. Bu mənzillərdən 278-nin alqı-satqısı artıq başa çatıb.
Azvision.az