Uşaqlar yaraşıqlı adamlara inanır

Uşaqlar yaraşıqlı adamlara inanır
  29 Oktyabr 2013    Oxunub:1601
Psixoloqların apardığı tədqiqatların nəticəsi belə deməyə əsas verir
Alimlər uşaqların hansı adamlara daha çox inandğını öyrənmək üçün araşdırma aparıblar. Klark və Harvard Universitetlərinin apardığı araşdırmaya 32nəfər 4 və 5 yaşlarında uşaqlar cəlb edilib. Yaşı 18-29 arasında olan xanımların 56 şəkili arasında seçilən 12-si onlara təqdim olunub. Testlərdə iştirak edən oğlan və qızlardan onlara təqdim edilən foto-şəkillərdə görünüşü ilə cəlb edən və cəlb etməyən adamların arasından kimə etibar etidikləri soruşulub. Uşaqların çoxu, xüsusən də qızlar birmənalı şəkildə cazibədar adamlara etibar etdiklərini bildiriblər.

Araşdırmanın rəhbəri deyib ki, uşaqlar, xüsusilə də qızlar görünüşüylə cəlb edən adamlara daha çox inanırlar. Baxmayaraq ki, onların özləri də bunun dəqiq səbəbini bilmir.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti