Rəbiyyət Aslanova Ştrasseri heçə saydı

Rəbiyyət Aslanova Ştrasseri heçə saydı
  04 Fevral 2013    Oxunub:4565
““Ştrasserin siyahısı” bizim üçün göstərici deyil ki, bu sənədin taleyinin necə olacağını fikirləşək. Bu gün cinayətkar Ştrasserin siyahısına salınıbsa, biz onu məgər buraxmalıyıq?”
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin təqdim etdiyi siyahının sonarkı aqibəti barədə deyilənləri şərh edərkən vurğulayıb.
O, bildirib ki, Ştrasserin siyahıda təqdim etdiyi adamları siyasi məhbus kimi göstərilməsi düz deyil. Deputatın sözlərinə görə, onların heç biri siyasi məhbus deyil: “Həmin şəxslərin hər biri əməlində cinayət tərkibi olan insanlardır. Bu insanları da salıblar həmin siyahıya. Siyahının səhihliyi, dəqiqliyi şübhə doğurur. Bu baxımdan “siyasi məhbusların bir hissəsi buraxılıb, bir hissəsi isə buraxılacaq” demək düzgün deyil. Həbsdə olan elə insanlar var idi ki, onlar azad olundular. Müəyyən insanlar var ki, onlar əfv fərmanına düşürlər, bu o demək deyil ki, onlar siyasi məhbusdurlar. Sadəcə dövlətin humanistlik nümayiş etdirir və öz günahını anlamış insanların, cəmiyyətə yenidən inteqrasiya olunaraq normal həyat arzusunda olan şəxslərin müraciətlərini nəzərə alıb, onları əfv edir. Bu baxımdan “siyasi məhbus azad olunub” ifadəsini işlətmək düz deyil”.
Millət vəkilinin sözlərinə görə, “Ştrasserin siyahısı” ayrı-ayrı insanlardan, Qeyri-Hökumət Təşkilatlarından, müxalifyönümlü hüquq müdafiəçilərindən alınaraq, düzəldilmiş qondarma siyahıdır:
“Ölkədə siyasi məhbus yoxdur. Onlar əqidəsinə görə həbs olunmayıblar. Onlar fəaliyyətlərindəki cinayət tərkibinə, qanunazidd əmələ görə, həbs olunmuş insanlardır. Bu gün qəribə bir spekulyasiya forması var. Azərbaycanın ümumi, beynəlxalq nüfuzuna zərbə vurmaq üçün bu və ya digər cinayətkara siyasi məhbus adı qoyub onu azad etdirmək istəyirlər. Onsuz da görürsünüz ki, Azərbaycanın adına ləkə gətirmək istəyənlər az deyil. Belə bir qondarma siyahı ilə Azərbaycanın nüfuzuna xələl gətirmək Azərbaycanı siyasi məhbusla dünyaya tanıtdırmaq yalnız bir addımdır. Avropa Şurası bir daha təsdiq etdi ki, siyasi məhbus yoxdur və həmin məruzə qəbul olunmadı. Yüksək bir qurum özü etiraf etdi ki, Azərbaycanda siyasi məhbus yoxdur”.

Modern.az


Teqlər:





Xəbər lenti