Ovlanmasına icazə verilən balıq növləri

Ovlanmasına icazə verilən balıq növləri
  09 Oktyabr 2018    Oxunub:2765
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili şirin su hövzələrində-çaylar, göllər, su anbarları və kanallarda ovlanmasına icazə verilən balıq növlərinin adlarını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, balıqçılar kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm balıqlarını ovlaya bilərlər. Bundan əlavə, şamayı, qarasol, daban, naxa, xərçəngkimilərin də ovlanmasına qadağa qoyulmayıb.



AzVision.az


Teqlər: ETSN   Balıq  





Xəbər lenti