Bakıda 100-dən çox avtobusda pulsuz internet olacaq

Bakıda 100-dən çox avtobusda pulsuz internet olacaq
  08 Oktyabr 2018    Oxunub:1043
“Xaliq Faiqoğlu” MMC istismarında olan sərnişin avtobuslarında sərnişinlərin rahatlığının təmin edilməsi istiqamətində mütəmadi yenliklər tətbiq edir.
AzVision.az xəbər verir ki, şirkət 3 ədəd “İsuzu Citiport” markalı avtobuslarda yeni "Wi-Fi" cihazı quraşdırıb.

Belə ki, bu 3 cihaz sınaq üçün quraşdırılıb və hazırda həmin avtobuslarda internetin sürəti test edilir. Sınaq müddəti uğurla başa çatdıqdan sonra 18, 61, 65 və 85 saylı marşrut xətlərində istismar edilən 100-ə yaxın avtobuslarda "Wi-Fi" cihazları quraşdırılacaq.

Layihə yaxın zamanlarda yekunlaşacaq.

AzVision.az



Teqlər: Avtobus   Pulsuz   Wi-Fi  





Xəbər lenti