Bakıda bal yarmarkası keçirilir - FOTOREPORTAJ

Bakıda bal yarmarkası keçirilir - FOTOREPORTAJ
  08 Oktyabr 2018    Oxunub:8976
Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkasının açılış mərasimi olub.

AzVision.az xəbər verir ki, bal yarmarkası Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, nazirlik bir ay öncə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edərək, yarmarkada iştirakla bağlı siyahının müəyyən edilməsi istiqamətində tapşırılıq verib.



"Qida Təhlükəsizliyi Agentliyi ilə birgə bal yarmarkasına təqdim edilən məhsulların analizini aparmışıq. Bu günə qədər təqdim edilən 150 ton məhsuldan 30 tona yaxın balın keyfiyyətsiz olduğu müəyyən edilib. Yarmarkada ancaq keyfiyyətli balın satışı təmin edilib. Yararsız bal məhsulları isə xüsusi anbarda saxlanılır", - deyə A.Hüseynov vurğulayıb.

Qeyd edək ki, sərgi-satış yarmarkası oktyabrın 30-dək davam edəcək.











































Şahanə Rəhimli
Foto: Şahin Sərdarov

AzVision.az


Teqlər: Bal   Yarmarka  





Xəbər lenti