2 nəfərin öldüyü qəza ilə bağlı rəsmi açıqlama

2 nəfərin öldüyü qəza ilə bağlı rəsmi açıqlama
  08 Oktyabr 2018    Oxunub:1211
Oktyabrın 6-da saat 9 radələrində Göygöl şəhərinin M.Ə.Sabir küçəsində Zurnabad kənd sakini Müşfiq Mirzəyev idarə etdiyi “JAC” markalı yük avtomobilini (mənzil kommunal təsərrüfatı birliyinə məxsus məişət tullantıları daşıyan) aşırıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə M.Mirzəyevin sərnişinlərindən (avtomobilin yük yerində olan) orada fəhlə işləyənlər Elman İmanov və Toğana kənd sakini Niyazi Verdiyev hadisə yerində ölüb, avtomobilin kabinəsində olan 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti