Ermənilər daha bir mahnını oğurladılar - VİDEO
AzVision.az Xəzər TV-ə istinadən xəbər verir ki, Spitaklı Hayko kimi tanınan erməni müğənnisi bu mahnını toylarda, şənliklərdə erməni mahnısı kimi oxuyur.
Ermənişünas İsmayıl Tanrıverdi isə ermənilərin belə bir addım atmasının heç də təəccüblü görünmədiyini deyib:
“Çünki onlar mədəniyyətlərini elə digər xalqlardan oğurladıqları mahnılar, musiqilər, abidələrlə formalaşdırıblar. “Ninnə yarım” mahnısını saxtalaşdırıb oxuyan Spitaklı Hayko Tigran Osetiryanla Zeynəb Xanlarovanın “Sən Müşfiqin yanında qal” mahnısını da oğurlayaraq “YouTube”da yayıblar”.
AzVision.az