“Söküntü gedirsə, demək yaşayırıq, inkişaf var” - Eldar Əzizov
Bu barədə AzVision.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov bildirib. Onun sözlərinə görə, qeyri- qanuni tikililər inkişafda olan şəhərlərin, ümumilikdə dünyanın problemidir.
E.Əzizov "Sovetski"dəki söküntü işi və sakinlərin narazılığı ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, söküntü prosesinin davam etdiyi ərazidə müraciətlər müvafiq qaydada baxılır.
"Proses gedən yerdə kimsə razı, kimsə narazı olur. Bu, təbii haldır. Söküntü və yeni binaların tikilməsi daim davam edir. Bu cür şəhərlərdə iş heç vaxt dayanmayacaq. Normal haldır. Yeni binalar tikilirsə, söküntü gedirsə, demək yaşayırıq, inkişaf var".
Aytən Zəhra
AzVision.az
Teqlər: Eldar-Əzizov BŞİH Meriya