Ovlanması qadağan edilən balıq növləri

Ovlanması qadağan edilən balıq növləri
  05 Oktyabr 2018    Oxunub:6561
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ovlanması qadağan edilən balıq növlərini açıqlayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan və ovu qadağan edilmiş balıqlar dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığıdır.

Qeyd edək ki, bundan əvvəl ETSN icazə verilən balıq ovuna görə dövlət rüsumlarını açıqlayıb. Bir ton kütüm, şamayı, xəşəm, xərçəngkimi balıq növlərinin ovu üçün 287 manat, çəki, sıf növləri üçün 230, siyənək 143,75, kilkə 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün 115 manat ödəniş edilməlidir.

Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 613 №-li qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə 3660 ton həcmində balıq ovlanmasına icazə verilib.

AzVision.az


Teqlər: ETSN   Balıq  





Xəbər lenti