Ata məhkum oğluna telefon keçirmək istədi

Ata məhkum oğluna telefon keçirmək istədi
  05 Oktyabr 2018    Oxunub:1553
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinə əsasən həbs edilmiş şəxs Əmirxanlı İlkin Natiq oğlunun yanına qısamüddətli görüşə gəlmiş atası Tərtər rayon sakini Hüseynov Natiq Əmirxan oğlunun üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman əynindəki pencəyin cibindən daxilində danışıq kartı olan 1 ədəd "Jincen" markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Məhkum   Telefon   Həbsxana  





Xəbər lenti