Son 4 gündə 92 əcnəbi saxlanılıb - FOTOLAR+VİDEO

Son 4 gündə 92 əcnəbi saxlanılıb - FOTOLAR+VİDEO
  05 Oktyabr 2018    Oxunub:1305
Dörd gün ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 92 əcnəbi saxlanılıb.
DMX-dan AzVision.az-a verilən xəbərə görə, saxlanılmış şəxslərdən 18 nəfərinin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 69-nun isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.



Saxlanılmış əcnəbilərdən 68 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.






AzVision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti