Hindistan Rusiyadan “S-400” alır - Müqavilə imzalandı
05 Oktyabr 2018
Oxunub:1087
Rusiya ilə Hindistan arasında “S-400” hava hücumundan müfadiə sisteminin tədarükü ilə bağlı müqavilə imzalanıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, müqavilə Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri çərçivəsində imzalanıb.
Qeyd edək ki, Hindistan ilk olaraq 5.5 milyard dollarlıq 5 divizyon "S-400" almağı nəzərdə tutub. Proses 2017-2022-ci illərin silahlanma proqramına salınıb.