Bakıdan Surquta uçan təyyarə təcili eniş etdi

Bakıdan Surquta uçan təyyarə təcili eniş etdi
  04 Oktyabr 2018    Oxunub:2765
Bakıdan Rusiyanın Surqut şəhərinə uçan sərnişin təyyarəsi Ufada məcburi eniş edib.

AzVision.az xəbər verir ki, bu barədə Ufa hava limanının mətbuat xidmətinin rəhbəri Tatyana Rizvan məlumat verib.
Onun sözlərinə görə, təyyarədə olan sərnişinlərdən biri uçuş zamanı özünü pis hiss edib. Bu səbəbdən təyyarə təcili eniş etməli olub.

1946-cı il təvəllüdlü qadın sərnişin xəstəxanaya yerləşdirilib. Bundan sonra təyyarə öz marşrutu üzrə uçuşa davam edib.

AzVision.az


Teqlər: Bakı   Surqut   Təyyar  





Xəbər lenti