9 ayda 1135 əcnəbi kurslarda iştirak edib - FOTOLAR

9 ayda 1135 əcnəbi kurslarda iştirak edib - FOTOLAR
  03 Oktyabr 2018    Oxunub:1770
Cari ilin 9 ayı ərzində Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təşkil edilən kurslarda 1135 dinləyici iştirak edib.
DMX-dan AzVision.az-a verilən xəbərə görə, Azərbaycan dilini bilməyənlərə 244 saat dil dərsləri olmaqla kurs çərçivəsində dinləyicilərə 705 saat tədris keçirilib. Məqsəd Miqrasiya Məcəlləsində müəyyən edildiyi kimi ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dilini, tarixini, mədəniyyətini, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmələrini təmin etməkdir.



Qeyd edək ki, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə fəaliyyət göstərən komissiya tərəfindən cari ilin 9 ayı ərzində keçirilən müsahibəyə dəvət edilən kurs dinləyicilərindən 84%-i müsbət nəticə göstərib.



Xatırladaq ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təşkil edilən tədris kursu fəaliyyətə başlayandan bu il oktyabrın 1-dək 2652 nəfər dinləyicisi olub. Kurslar davam edir, iştirak etmək istəyən şəxslər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566 - 37 - 74 telefon nömrəsi vasitəsilə müraciət edə bilərlər.



AzVision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti