Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq
  03 Oktyabr 2018    Oxunub:2471
Bakıda və Abşeron yarımadasında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti