Deputat: “Soruşurlar ki, Hadi Rəcəblinin qəbuluna gəlmisiniz?”

Deputat: “Soruşurlar ki, Hadi Rəcəblinin qəbuluna gəlmisiniz?”
  03 Oktyabr 2018    Oxunub:2230
“Bəzən mətbuatda yazırlar ki, deputatlar ayda bir-iki dəfə yığışır, iş görmürlər. Amma biz çalışırıq. Məsələn, parlamentin İnsan hüquqları komitəsi hesabatını təqdim etdi. Özünüz də gördünüz ki, nə qədər iş görülüb. Təkcə Milli Məclisin sədri Oqtay Əsədovun gördüyü iş bir komitənin gördüyü işə dəyər”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov deyib.

Deputat bildirib ki, bəzən jurnalistlər bunu görmürlər: “Onlar elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur. İşimiz bundan ibarət deyil. Milli Məclisdə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür. Jurnalistlər Milli Məclis komitələrinin hesabatları ilə yaxından tanış olmalıdırlar. O zaman həqiqəti biləcəklər. Mən öz işimlə bağlı danışıram. Daim seçicilərlə işləyirəm. Hərdən görürəm ki, Milli Məclisin qarşısında insanlar gəlib, onlardan soruşurlar ki, deputat Hadi Rəcəblinin qəbuluna gəlmisiniz? Deyirlər, yox, yəhudi deputatla görüşmək istəyirik. Bu, mənə də xoşdur, həm də o deməkdir ki, biz işləyirik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Yevda-Abramov  





Xəbər lenti