Biləsuvarda 1092 ədəd hərbi sursat tapılıb

Biləsuvarda 1092 ədəd hərbi sursat tapılıb
  03 Oktyabr 2018    Oxunub:2207
Sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə sentyabrın 1-dən oktyabrın 2-dək baxış keçiriblər. Otuz gün ərzində aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1092 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik və 1 ədəd “Sevidj” markalı tapança, 1 ədəd AK-74 və 1 ədəd RPK-74 avtomatı aşkarlanıb. 194 min 428 kvadratmetr əraziyə yerüstü və 20 min kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

Aşkarlanmış partlamamış hərbi sursatlar və odlu silahlar oktyabrın 2-də partlayış yolu ilə zərərsizləşdirilib. Ərazidə aparılan əməliyyat-axtarış tədbirləri tam başa çatdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti