Ötən il Azərbaycanda 5 nəfər ömürlük həbs edilib

Ötən il Azərbaycanda 5 nəfər ömürlük həbs edilib
  07 İyul 2018    Oxunub:6265
Ötən il Azərbaycanda 13733 nəfər məhkum olunub. 2016-ci ildə isə bu rəqəm 13 758 olub.

AzVision.az statistik göstəricilərə istinadən xəbər verir ki, onlardan 7259 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edilənlərdir.
Həmin məhkumlardan 2963 nəfəri 2 ilə qədər, 2485 nəfəri 2 ildən 5 ilə qədər, 1391 nəfəri 5 ildən 10 ilə qədər, 420 nəfəri 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib.

2017-ci ildə 5 nəfər ömürlük azadlıqdan məhrum edilib, 2016-ci ildə isə ömürlük azadlıqdan məhrum edilənlərin sayı 10 nəfər olub. Həmçinin, 141 nəfər ictimai işlər üzrə, 1645 nəfər islah işləri üzə cəzalandırılıb.

Rəsmi məlumata əsasən, 95 nəfər intizam xarakterli hərbi hissədə saxlanılıb, 2927 nəfərə cərimə tətbiq edilib, 1634 nəfər şərti məhkum edilib.

Həbs olunanlardan 13646-sı Azərbaycan vətəndaşı, 87 nəfər isə vətəndaşlığı olmayan şəxslər və ya əcnəbiləridir.

Ümumilikdə isə 5 nəfər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum olunub.

Məhkum olunanlardan 547 nəfəri fəhlələr, 51 nəfəri qulluqçular, 21 nəfəri kənd təsərrüfatı işçiləri, 124 nəfəri şagird və tələbələr, 8312 nəfəri əmək qabiliyyətli olub işləməyən və oxumayanlar, 3428 nəfəri isə digər məşğulluq növləri üzrə fəaliyyət göstərənlərdir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Statistika   Həbs  





Xəbər lenti