Atalığın tanınmasına dair 792 müraciət təmin edilib

Atalığın tanınmasına dair 792 müraciət təmin edilib
  07 İyul 2018    Oxunub:3961
Ötən il valideynlik hüququnun məhdudlaşdırılması ilə bağlı birinci instansiya məhkəmələrində 103 mülki işə baxılıb. Baxılmış mülki işlərdən 99-u məhkəmələr tərəfindən təmin edilib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, valideynlik hüququndan məhrum edilmə ilə bağlı 118 mülki işə baxılıb, onlardan 63-nə müsbət cavab verilib.

Həmçinin övladlığa götürmə və onun ləğvi ilə bağlı birinci instansiya məhkəmələrində baxılmış 541 mülki işdən 507-si təmin edilib.

Bundan əlavə, məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən edilməsi ilə bağlı 845 mülki işdən 792-si məhkəmələr tərəfindən təmin edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Statistika   Məhkəmə  





Xəbər lenti