DİN: Ötən gün 103 cinayət törədilib

DİN: Ötən gün 103 cinayət törədilib
  07 İyul 2018    Oxunub:4192
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların 14-ü “isti izlər”lə açılıb.

AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti