Naxçıvanda qanunsuz yaşayan 16 əcnəbi aşkar edilib

Naxçıvanda qanunsuz yaşayan 16 əcnəbi aşkar edilib
  07 İyul 2018    Oxunub:2866
İyun ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən yaşayan 16 əcnəbi aşkarlanıb.
AzVision.az xəbər verir ki, onlardan 14-ü barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 2-si barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.

Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1192 müraciət daxil olub. Bu müraciətlərdən 74-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı ayrılıqdaAzərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

İyun ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 1118 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 486-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

AzVision.az


Teqlər: Naxçıvan   Miqrasiya  





Xəbər lenti