Ali təhsilli şəxs kollecə müsabiqəsiz qəbul olunacaq

Ali təhsilli şəxs kollecə müsabiqəsiz qəbul olunacaq
  06 İyul 2018    Oxunub:3330
"Təhsil haqqında" qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqədən kənar qəbuluna imkan yaradır".
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.

O, qeyd edib ki, kolleci bitirənlər ali təhsil müəssisəsinə qəbul olmaq üçün müsabiqədən keçməlidir: "Qanun orta ixtisas müəssisəsini bitirmiş şəxsə ali məktəbə müsabiqədən kənar qəbul olmağa imkan verir. Bununla bağlı qaydalar hazırlanacaq və müəyyən ediləcək ki, hansı ixtisaslar üzrə hansı ali məktəbə daxil olmaq olar və kollecdə toplanan kreditlər ali məktəbdə necə nəzərə alınacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil  





Xəbər lenti