Mingəçevir sakini əcnəbini soydu

Mingəçevir sakini əcnəbini soydu
  06 İyul 2018    Oxunub:2297
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı mənzildə çantasından 670 ABŞ dollarının oğurlandığını bildirib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Z.Əliyeva olduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq   Əcnəbi  





Xəbər lenti