Ölkəyə narkotik keçirilməsinin qarşısı alınıb

Ölkəyə narkotik keçirilməsinin qarşısı alınıb
  05 İyul 2018    Oxunub:1442
Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından piyada yolla birlikdə gələn Azərbaycan Respublikasının iki vətəndaşı saxlanılıb.

İdarənin Sərnişin şöbəsində hər iki vətəndaşın üzərində şəxsi yoxlama zamanı onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Həmin şəxslər gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb və tibbi müayinədən keçirilib. Nəticədə, saxlanılan vətəndaşlardan birinin düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 112,165 qram olan heroin, digərinin düz bağırsağında isə iki ədəd bağlamada, xalis çəkisi 109,380 qram olan heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Gömrük   Narkotik  





Xəbər lenti