Bakıətrafı dəmir yolu xətti əsaslı təmir olunur
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, hazırda bir sıra istiqamətdə işlər aparılır.
İnfrastruktur Departamentinin "Əsaslı Təmir" MMC Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sisteminin əsaslı təmirini həyata keçirir. Böyük Şor stansiyasının kontakt şəbəkəsi yenidən qurularaq əsaslı təmir olunub. MMC-nin rəisi Abbas Qəmbərov verdiyi məlumata görə, 28 ədəd dəmir-beton dayaq yenisi ilə əvəzlənib və kontakt şəbəkəsi həmən dayaqlara köçürülüb. Bununla yanaşı, uzunluğu 30 m olan 4 ədəd rigel quraşdırılıb və kontakt şəbəkəsi bu rigellərin üzərinə köçürülərək nizamlanıb.
Hazırda stansiyada işlər davam etdirilir.
AzVision.az
Teqlər: ADY