Nazirlik 30 min manatlıq cərimə yazıb
Ümumilikdə, 39 iş üzrə 29550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 111 iş üzrə 1 105 4362,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 230 iş üzrə 36 483,96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 129, icra qurumlarına 17, məhkəmələrə 10 iş göndərilib.
AzVision.az