Prezident həmkarına məktub göndərib

Prezident həmkarına məktub göndərib
  25 İyun 2018    Oxunub:1640
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cibuti Respublikasının Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir: Hörmətli cənab Prezident, Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Cibuti arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cibuti xalqına əmin-amanlıq və rifah arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti