Müdafiə naziri: “Hərbi balans bizim xeyrimizə dəyişib”

Müdafiə naziri: “Hərbi balans bizim xeyrimizə dəyişib”
  22 İyun 2018    Oxunub:2203
"Son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib".
AzVision.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Nazir qeyd edib ki, 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub:

"Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi".

AzVision.az


Teqlər: Zakir-Həsənov   Nazir  





Xəbər lenti