“Orduda psixoloji durum yüksəkdir” - Səyavuş Heydərov

“Orduda psixoloji durum yüksəkdir” - Səyavuş Heydərov
  22 İyun 2018    Oxunub:2252
“Azərbaycan ordusunda mənəvi-psixoloji durum çox yüksəkdir”
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. O bildirib ki, psixoloji durumun gücləndirilməsində milli-mənəvi dəyərlərin böyük rolu var:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrlə sıx iş birliyi var. Bütün qüvvəmizi səfərbər edərək orduda vətənpərvərlik hissinin gücləndirilməsinə çalışırıq. Fəxrlə deyə bilərik ki, xüsusi ilə gənclərimiz arasına vətənpərvərlik hissi yüksək səviyyədədir. Bunun daha da gücləndirilməsinə ehtiyac var”.

S. Heydərov bildirib ki, vətənpərvlik hissi zəif olan insanlar yad dini ideologiyaların təsirinə məruz qalırlar və cəmiyyətimiz üçün təhlükəli şəxslərə çevrilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səyavuş-Heydərov  





Xəbər lenti