Azərbaycana yay gəldi

Azərbaycana yay gəldi
  21 İyun 2018    Oxunub:1173
Azərbaycana yay fəsli daxil olub.
AzVision.az xəbər verir ki, bu il martın 20-də Bakı vaxtı ilə saat 20:15-dən ölkəmizə qədəm qoyan yaz fəsli bu gün saat 14:07-dən etibarən yay fəsli ilə əvəzlənib.

Yay fəslinin gəldiyi 21 iyun tarixində Şimal yarımkürəsində ən uzun gündüz (14 saat 43 dəqiqə) və ən qısa gecə yaşanacaq. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq. İyunun 22-dən etibarən isə gündüzlər qısalmağa, gecələr uzanmağa başlayacaq. Bu proses 21 sentyabr tarixinədək davam edəcək.

AzVision.az


Teqlər: Yay   Fəsil  





Xəbər lenti