Xiyar yerinə narkotik əkən qardaşlar - FOTO
Bundan əlavə, polis əməkdaşları Tofiq Məmmədovun qardaşı, rayonun Malay kənd sakini 1958-ci il təvəllüdlü Məmmədov Tacəddin Məmməd oğlunun yaşadığı evin həyətindəki paxla sahəsinə baxış keçirərkən oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və çəkisi 2 kiloqram, uzunluğu 1 metr olan 4 ədəd narkotik tərkibli çətənə kolu aşkar edərək götürüblər. Tofiq Məmmədov narkotik yetişdirdiyinə görə əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsinin təhqiqat qrupu tərəfindən araşdırma aparılır. (AzərTAc)
AzVision.az