Cəbhə xəttində gərginlik yaşanıb

Cəbhə xəttində gərginlik yaşanıb
  12 Oktyabr 2013    Oxunub:905
Bu gecə cəbhə xəttində atəşkəs yenidən pozulub.
AzVision.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti