İmişlidə məktəb istifadəyə verildi

İmişlidə məktəb istifadəyə verildi
  12 Oktyabr 2013    Oxunub:1344
İmişli rayonununun Sarxanlı kəndində yeni məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib.
AzVsison.az Gün.Az - a istinadən xəbər verir ki, Rayon təhsil şöbəsindən verilən məlumata görə, Sarxanlı kənd tam orta məktəbininin əsaslı təmirinə bu il başlanılıb.
360 şagird yerlik və 22 sinif otagı olan məktəb binası ən müasir tələblər səviyyəsində əsaslı təmir edilib.

İki mərtəbədən və iki korpusdan iabarət olan məktəb dayanıqlı istilik və enerji ilə də təmin edilib. Otaqlar inventar və dərs ləvazimatı ilə də təchiz olunub.

Məktəbdə idman, akt zalı, kitabxana, kompüter otaqları da fəaliyyət göstərəcək.

Açlış mərasimində çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısıVilyam Hacıyev müəllim və şagirdlərə gözaydınlıgı verib.

Bildirib ki, regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərcivəsində son on ildə rayonda 30 yeni məktəb binası inşa edilib. 11 məkktəb binası əsaslı təmir olunub.

Digər çıxış edən kənd sakinləri də öz növbəsində göstərilən qaygıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Sonda məktəbin sinif otaqları ilə tanışlıq olub.


Teqlər:





Xəbər lenti