Xankəndində etiraz aksiyaları keçirilir - FOTO

Xankəndində etiraz aksiyaları keçirilir - FOTO
  02 İyun 2018    Oxunub:3053
Azərbaycanın işğal altında olan Xankəndi şəhərində qondarma qurumun “Milli Təhlükəsizlik Xidməti"nin xüsusi təyinatlıları ilə yerli ermənilər arasında baş vermiş davadan sonra bir qrup sakin şəhər küçələrini bağlayaraq etiraz aksiyası keçirir.
AzVision.az xəbər verir ki, erməni fəal Tiqran Qriqoryanın "Facebook" səhifəsində yazdığına görə, ermənilər illərdir Qarabağda hökm sürən özbaşınalıq mühitinə qarşı etiraz edirlər.

Aksiyaçılar polis və MTX rəisinin istefasını tələb edirlər. Həmçinin bildirilib ki, aksiyaçılar arasında separatçı rejimin “güc strukturlarının” mülki geyimdə olan əməkdaşlarına da rast gəlmək olar.



Qeyd edək ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verən insident böyüyərək kütləvi hal alıb.



MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Separatçı rejimin qanunsuz polisi baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs ediblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Xankəndi   Etiraz   Aksiya  





Xəbər lenti