Eşitməyən qalmayacaq-VİDEO

Eşitməyən qalmayacaq-VİDEO
  08 Oktyabr 2013    Oxunub:1612
Bioelektron qulağın prototipi hazırlanıb.
ABŞ-ın Prinston universitetinin alimləri bioelektron qulağın prototipini hazırlayıblar. Qığırdaq toxuması və kiçik antenadan ibarət yeni cihaz insanlara radiodalğaları eşitmək imkanı verəcək. Layihənin əsas məqsədi elektronikanın köməyi ilə qulağın funksiyalarını genişləndirən tamfunksiyalı süni orqan yaratmaqdır.

Qulağı adi üsulla “yetişdirmək”mümkün olmadığından, tədqiqatçılar 3D-çapından istifadə etmək qərarına gəliblər. Alimlər iddia edirlər ki, 3D-nin köməyilə canlı toxuma və elektron komponentləri birləşdirmək daha asandır. Onların sözlərinə görə “qulağ”da olan elektrodlar sinir sisteminə qoşularaq beyinə siqnal otürə bilər.



AzVision.az


Teqlər:  





Xəbər lenti