Göygöldə 73 kiloqram partlayıcı maddə tapıldı - FOTOLAR

Göygöldə 73 kiloqram partlayıcı maddə tapıldı - FOTOLAR
  05 Aprel 2018    Oxunub:1416
Göygöl rayonunda 73 kiloqram partlayıcı maddə tapılıb.

ANAMA-dan AzVision.az-a verilən məlumata görə, aprelin 5-də saat 12:04-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygöl rayonu, Mollacəlilli kəndi ərazisində partlayıcı maddənin tapılması barədə məlumat daxil olub.


Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 34 polietilen və 3 karton bağlamada ümumi çəkisi 73 kq (TNT ekvivalenti 75.19 kq) olan partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.



Aşkar olunmuş partlayıcı maddənin ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.





AzVision.az


Teqlər: ANAMA   Göygöl  





Xəbər lenti