“Nar” mobil internet istifadəçilərinin artımına görə liderdir

“Nar” mobil internet istifadəçilərinin artımına görə liderdir
  05 Aprel 2018    Oxunub:1171
Müstəqil araşdırma şirkəti tərəfindən keçirilmiş müştəri loyallığı indeksi (Net Promoter Score – NPS) araşdırmasının nəticələrinə əsasən, “Nar” mobil internet istifadəçilərinin sayındakı artım tempinə görə mobil rabitə bazarında ən yüksək nəticəyə nail olub. Operator mobil internet istifadəçilərinin sayında nəzərəçarpacaq artıma bütün ölkə ərazisi boyunca genişləndirilmiş 3G, 4G və LTE-A şəbəkəsi ilə yanaşı, abunəçilərə sərfəli qiymətə yüksəkkeyfiyyətli mobil internet paketlərini təqdim etməklə müvəffəq olub.
Araşdırmanın nəticələrinə əsasən, mobil internetin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri arasında istifadə etməsi, eləcə də tarif və qiymətlərin müxtəlifliyi və əlverişliliyi amillərinə görə “Nar” NPS indeksi yüksək nəticə göstərib. “Nar” mobil internetinin keyfiyyəti, xüsusi kampaniya və təkliflər, həmçinin zəng xidməti üzrə müştəri məmnuniyyəti göstəriciləri artaraq yüksək həddə çatıb.

Qeyd edək ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı.

AzVision.az


Teqlər: Nar  





Xəbər lenti