Moskvada Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edildi

Moskvada Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edildi
  05 Aprel 2018    Oxunub:1348
Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

AzVision.az


Teqlər: İran   Azərbaycan   Müdafiə-Nazirliyi  





Xəbər lenti