Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbində

Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbində
  30 Mart 2018    Oxunub:1578
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbini ziyarət edib. Nazir məktəbin rəhbərliyi və burada təhsil alan azərbaycanlı kursantlar ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, müdafiə naziri məktəbin fəaliyyəti və buradakı təlim-tədris prosesi barədə ətraflı məlumatlandırılıb. Nazir kursantlarımızın hazırlıq səviyyəsi ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.



Görüşdən məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov ölkələrimizdə ordu quruculuğu prosesində hərbi təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb. Sonda Azərbaycan nümayəndə heyəti kursantlarla birgə nahar edib.

AzVision.az


Teqlər: Zakir-Həsənov   MN   Türkiyə  





Xəbər lenti